Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Saqqalsız İŞİD-çilər sərhədi keçdi

fft99_mf4464102İŞİD döyüşçülərinin diqqət çəkməmək üçün saqqal və bığlarını kəsərək Türkiyə ərazisinə daxil olduğu haqda xəbərlər yayılıb.

Yenicag.az xəbər verir ki, kəşfiyyat orqanları, İŞİD və PKK-nın Türkiyədə bir sıra terror aktları keçirmək üçün hərəkət keçdiyini bildirib. Bildirilir ki, ərəb və türkmən əsilli 7 İŞİD üzvü Türkiyəyə daxil olub. Onların burada hər hansı terror aktı həyata keçirməsi istisna edilmir.

O da qeyd olunur ki, İŞİD daxili problemlərdən xilas olmaq istəyənlər, getdiklərinə peşman olanlar da tanınmamaq üçün eyni taktikadan istifadə edirlər. Bu variantdan istifadə edənlər arasında azərbaycanlıların olduğu da istisna edilmir. Onların əksəriyyəti Suriya sərhədini qaçaq keçdiyi üçün müəyyən edilməsi də çətindir.

www.yenicag.az

391