Reklam: High Technic
hightechnic

Sarkisyan Merkelə Qarabağ haqda hesabat verəcək

serj ayagina gedirrBu gün Ermənistan prezidenti Serj Sarkisyan Almaniyaya rəsmi səfər edəcək.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər 6-7 aprel tarixlərində baş tutacaq.

Səfər zamanı Sarkisyan Almaniya prezidenti Yoahim Qauk, kansler Angela Merkel, Bundestaq rəhbəri Norbert Lammert, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşəcək.

Qeyd edək ki, Qarabağda gedən döyüşlərdə məğlub olan Sarkisyanın Merkel və digər rəsmilərlə görüşündə məhz cəbhə xəttindəki vəziyyəti müzakirə edəcəyi bildirilir.

www.yenicag.az

90