Reklam

Reklam

Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib.

Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.

“Status-kvo qəbuledilməzdir, biz müharibə istəmirik”-deyə Sarkisyan vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan prezidenti mətbuata müsahibəsində ölkəsinin müharibəyə hazır olduğunu bəyan etmişdi: “Müdafiə naziri hər an müharibə əmrini gözləməlidir”.

Sarkisyanın bugünkü açıqlamasında “biz müharibə istəmirik” deməsi onun geri addım atmasından xəbər verir.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 121
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."