!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarsılmağa doğru gedən AİLƏ İNSTİTUTU: "Münasibətlər böhran yaşayır, daxili miqrasiya prosesləri..."

!Reklam – Yazi

“İndiyə kmi ailələr daha çox icma xarakterli olduğundan, qohumluq və ailə münasibətləri güclü olduğundan qanunlar yox, yazılmamış qanunlar mexanizmi effektiv işləyirdi”.

Bu fikirləri boşanmaların sayının getdikcə artması və ailə institutunun qorunması yolları barədə danışan Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hər kəs ailə institutundakı deqradasiyalardan narahatdır:

“Doğrudan da, hər kəs hazırkı ailə münasibətləri, ailələrin dağılması, ailə institutundakı deqradasiyalardan narahatdır. Bunu, demək olar, bütün ekspertlər səsləndirirlər. Sadəcə burada əsas məsələ çıxış yolunun tapılmasındadır. İndiyə kimi ailələr daha çox icma xarakterli olduğundan, qohumluq və ailə münasibətləri güclü olduğundan qanunlar yox, yazılmamış qanunlar mexanizmi effektiv işləyirdi. Hazırda bu sistem pozulub. Artıq icma tipli ailələr yoxdur. Qohumluq münasibətləri böhran yaşayır, daxili miqrasiya prosesləri davranış dəyişikliyi yaradır. İnsanların öz davranışına görə bir-birinə hesabatlılığı azalıb, yeni stereotiplər yaranıb və sair.

Belə halda insanların ailə münasibətlərini nizamlamaq üçün bəzi qanunların dəyişməsinə böyük ehtiayc yaranır. Hazırkı Ailə Məcəlləsi bu tələblərə cavab vermir. O cümlədən düşünürəm ki, ailələr üçün insan hüquq və azadlıqlarını nəzərdən tutan, eləcə də milli dəyərləri özündə əks etdirən ailələrin yol xəritəsinə böyük ehtiyac var”.

İsmayıl Bakuvi

www.yenicag.az

561
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv