!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sarsılmaz müstəqilliyimizin əbədi təminatı

!Reklam – Yazi

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür!

Tariximizin ən şərəfli səhifələrindən biri

Azərbaycanın bugünkü inkişafının təməlini güclü iradəsi, siyasəti, təcrübəsi, zəkası, dühası ilə dövlət müstəqilliyini əbədiləşdirən Ulu Öndər Heydər Əliyev qoyub.

Azərbaycan xalqının şanlı tarixi yalnız arxiv materillarında saralan qovluqlardan ibarət deyil. Yüz illər boyu xalqımızın keşməkeşli həyatı həm də yaddaşlara nəsildən-nəslə ötürülməklə  yaşadılıb. Çünki zaman-zaman xalqların  və dövlətlərin, cəmiyyət və quruluşların tarixini hər dövrün tələbinə uyğun ictimai formasiyaların tələbinə əsasən yazdırıblar. Bununla da tarixi həqiqətlər heç də hər zaman olduğu kimi yazılmayıb.

Azərbaycan isə ötən yüzilliyin 70 ilini  sovet  hakimiyyətinin tərkibində keçirib. XX əsrin sonlarında isə SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci ilin martında keçmiş SSRİ-nin müttəfiq respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib. Məqsəd bir idi: SSRİ qalsın və yaxud qalmasın? Referendumun keçirilməsində əsas iki varinat var  idi.  Birincisi, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində. İkinci variant isə o idi ki, sovet hakimiyyəti dağılsın, Azərbaycan müstəqil olsun.

Həmin il mart ayın 7-də keçirilən səsvermədə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan cəmi 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə,  yəni dövlətimizin müstəqliyinin lehinə səs verib.

1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt Aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. Qalanları ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. 6 fəsil, 32 maddədən ibarət Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Azərbaycan Respublikasının müstəqilliyini ilk dəfə 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.

2 mart 1992-ci il tarixində isə Azərbaycan BMT-yə üzv qəbul olunub. Bütün bunlar dövlət müstəqilliyinin bərpasından sonra yaşanan siyasi tariximizin  bəzi səhifələrindəndir.
Xalqımız heç də əbəs yerə Ulu Öndər Heydər Əliyevi dövlətimizin xilaskarı hesab etmir. Məhz Ümummilli Lider Heydər Əliyevin xilaskar missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli xilaskarlıq missiyası ilə  ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tarixə qısa ekskursiya ilə deyə bilərik ki, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində olarkən xalqın illərdən bəri arzuladığı, həsrətini çəkdiyi azadlığın yolunda şam kimi əriyən, müdrikliyi və dövlətçilik təcrübəsi ilə dərk edən Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini unutmaq  mümkün deyil. Çünki həmin ağır, məşəqqətli günlərdə müstəqilliyimizin əbədiliyinin qarantı missiyasını  məhz Ümummilli Lider Heydər Əliyev gerçəkləşdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributlarını bərpa etdi. Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis olundu. Muxtar respublikada ilk dəfə həyata keçirdiyi özəlləşdirmə siyasətini Azərbaycanın bütün bölgələrində tətbiq etdi. Ulu Öndər inkişaf strategiyasının bazar iqtisadiyyatı yolu ilə mümkünlüyünü həyata keçirdiyi islahatlarla təsdiqlədi. Bununla da planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçidin ilk cığırlarını açaraq, Azərbaycanın dünyaya inteqrasiyasını gerçəkləşdirdi.
Müstəqilliyimizin təhlükə altında olduğu o ağır illərdə Ümummilli Liderin fədakarlığını, xalqın azadlığı naminə üzərinə götürdüyü öhdəliyə məsuliyyət və vətəndaş yanğısı ilə yanaşdığını  bildirən Prezident İlham Əliyev qeyd edir ki, yaxın tarixdə baş verən hadisələr Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılıb: “Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Sovet Sosialist Muxtar Respublikası adlandırılırdı. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet, sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Məclisi qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni, bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyət, cəsarət, öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Bir daha göstərmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın maraqları hər şeydən üstündür”.

Neft strategiyasının məntiqi nəticəsi – Prezident İlham Əliyev qətiyyətinin ifadəsi

Müstəqil, tarazlaşdırılmış siyasət yeridərək, özünün də qeyd etdiyi kimi, ömrünü Azərbaycan xalqının gələcəyinə həsr edən Ulu Öndər müstəqil dövlətimizin  qurucusuna, memarına çevrildi. İlk addım kimi Azərbaycanda sabitlik, nizami ordu yaradan, müstəqilliyin əbədiliyini təmin edən, daxili çəkişmələrə, hakmiyyət uğrunda mübarizələrə son qoyan Heydər Əliyev ərazi bütövlüyümüzün təminatı üçün də misilsiz xidmətlər göstərərək atəşkəs barədə müqavilə imzaladı. Heydər Əliyevin dünya siyasətçiləri arasında artan şəxsi nüfuzunun nəticəsində “Əsrin müqaviləsi” imzalandı. BTC, BTƏ neft-qaz kəmərlərinin davamı olan TANAP, TAP, “Cənub” qaz dəhlizi Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyasının məntiqi nəticəsi, Prezident İlham Əliyev qətiyyətinin ifadəsidir.

“Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”.
Ümummilli Lider Heydər Əliyevin müdrikliklə söylədiyi bu sözlər çoxdan reallaşıb. “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”,-söyləyən Ulu Öndər onu da xüsusi olaraq diqqətə çatdırırdı  ki, hər bir qurtuluşun əsasını milli azadlıq təşkil edir. Ümummilli Lider Heydər Əliyev “Müstəqillik yolu qədər çətin yol yoxdur, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” deməklə hər bir xalqın suverenliyinin onun tarixi qələbəsi olduğunu müdrikliyi ilə təsdiqləyirdi.

3 oktyabr 1993-cü ildə xalqın etimadı ilə Prezident seçilən Ulu Öndər Heydər Əliyev andiçmə mərasimində taleyüklü problemlərlə dolu Azərbaycanın əbədi qarantı olacağını inamla bildirirdi. Müdrik siyasətçi yaxşı bilirdi ki, dövlət müstəqilliyini qorumaq, demokratiyanı inkişaf etdirmək ölkənin bazar iqtisadiyyatı yolu ilə tərəqqisinə nail olmaq üçün ilk növbədə müstəqilliyin əbədiliyi təmin olunmalıdır.

Tarix göstərdi ki, qarşıya qoyulan vəzifələrə nail olmaq üçün yorulmadan çalışan, siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən Ulu Öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir.

Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli- mənəvi dəyərlərin qorunması da Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən Ulu Öndər tarixi şəxsiyyət kimi tək əməlləri deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək, fəaliyətinin bütün dövrlərində əsas dayağı kimi xalqa arxalanırdı: “Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik”.

Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması…

Ulu Öndərin mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək. Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən Heydər Əliyev fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisə olunmaz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli-mənəvi dəyərlərin qorunması da Ulu Öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması isə Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir.

Prezident İlham Əliyevin  xüsusi qeyd etdiyi kimi, müstəqil Azərbaycan bu uğurlara Ulu Öndərin siyasəti ilə nail ola bilmişdir: “Ancaq taleyimiz öz əlimizdə olan zaman biz bu nailiyyətlərə çata bilmişik. Müstəqilliyin üstünlükləri bundan ibarətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək”.

Nəhayət, müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin cənab Prezident tərəfindən uğurla davam etdirməsinin nəticələrindən biri budur: “Qarabağ Azərbaycandır!”

Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyev nəinki qaçqın və məcburi köçkünlərlə görüşlərində, əslində, bütün beynəlxalq tribunalardan da Ermənistanın təcavüzkarlığını dönə-dönə səsləndirməklə yanaşı, tarixi ərazilərimizin bərpa ediləcəyini qətiyyətlə, əminliklə bildirirdi. Əslində, fəaliyyətinin əsas hissəsini təşkil edən məsələ, bir nömrəli problem işğal altında qalan torpaqlarımızın hansı vasitələrlə olursa-olsun, azad edilməsi, məcburi köçkünlərin öz doğma yerlərinə, dağıldılmış, viran edilmiş ata-baba yurdlarına  qayıdışı idi.

Tariximizin ən şərəfli səhifələrindən biri məhz dövlət müstəqilliyinin bərpasıdır. Bu gün kimi dindirsən deyər ki, Azərbaycanın bugünkü inkişafının təməlini güclü iradəsi, siyasəti, təcrübəsi, zəkası, dühası ilə dövlət müstəqilliyini əbədiləşdirən Ulu Öndər Heydər Əliyev qoyub.

Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edərkən dövlətimizin başçısı qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir: “ …Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir…”

Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!

Azərbaycan Prezidenti tariximizin bu ağır dönəmində Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtması, yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısının alınmasına toxunaraq daha sonra demişdi: “… Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı.

Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, mədəni irsimizin qorunması, inkişafı və təbliğində, təhsil, səhiyyə və digər sosial sahələrdə ciddi uğurlar əldə edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır…”

Azərbaycan Prezidentinin həmin tarixi çıxışından yaddaşımızda qalan məqamlardan biri də  odur ki, uzun illər ərzində ölkəmizin hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Bəli, rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.

Azərbaycan Prezidenti daha sonra demişdir ki, bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik: «…Mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinin qəbul olunması ilə bu ildən etibarən 18 Oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəkdir. Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq. Yaxın tariximizin bu əlamətdar hadisəsi münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm».

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 oktyabr 2021-ci il tarixdə xalqa etdiyi müraciət bir daha təsdiqləyir ki, müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!

Budur, Ulu Öndərimizin siyasi varisi ata vəsiyyətini gerçəkləşdirməklə, bütün problemləri aradan qaldırmaqla, Qarabağımıza da azadlıq və sülh gətirdi. Ali Baş Komandan Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində bu məsələyə toxunaraq demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim: Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

TürkMedia.az saytının təsisçisi, tanınmış gənc fəal Günel Yaz

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv