!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Satıcıları və alıcıları “ağladan” BAYRAM BAZARLIĞI: “Əvvəllər iki-üç kilo qoz-fındıq alırdılarsa, indi...”

!Reklam – Yazi

Novruz bayramına sayılı günlər qalıb. Bu əlamətdar ərəfədə bütün əhali kimi, paytaxt sakinləri bayram tədarükündədir. Novruz inanclarına görə, ilaxır çərşənbəsində süfrələr nə qədər bol və zəngin bəzədilərsə, il bir o qədər ruzi-bərəkətli keçər. Ona görə də hər kəs Novruz süfrəsinin zəngin və bol olmasına çalışır. Amma bu istəyin gerçəkləşməsi əlbəttə ki vətəndaşşların pul kisələrinin qalınlığından birbaşa asılıdır.

Yenicag.az paytaxtın qoz, fındıqd və digər bayram məhsulları satılan alış-veriş məkanlarına baş çəkib. Mənzərə təxmin edildiyindən fərqli deyil: satıcılar alıcı qıtlığından, alıcılar isə bahalıqdan gileylənir.

Qeyd edək ki, paytaxtın müxtəlif məkanlarında qiymətlər cüzi fərqlə dəyişir. Çərəzlərin qiyməti isə aşağı-yuxarı demək olar ki, eyni həddədir.

1 kilo qoz ləpəsi 11-25 manat
1 kilo fındıq ləpəsi 12-20 manat
1 kilo qaysı 10-14 manat
1 kilo kişmiş -8-15 manat
1 kilo innab 5-12 manat
1 kilo iydə 6-10 manat

1 kilo alma 2-50 qəpik- 5 manat
1 kilo portağal – 3-5 manat
1 kilo xiyar 3.5- 4 manat
1 kilo pomidor – 5-7 manat

Novruzun rəmzi sayılan səmənilərin qiyməti isə 1 – 5 manat arasında dəyişir.

Satıcılar keçən ilə nisbətən bu il qiymətlərdə artım olduğunu etiraf edirlər. Baha alıb, baha satdıqlarını deyən satıcılar əhalinin alıcılıq qabiliyyətinin o qədər də yüksək olmadığını deyirlər:

“Qiymətlər baha olduğundan, hər adam ürəyi istədiyi qədər alış-veriş edə bilmir. Əvvəllər iki-üç kilo qoz-fındıq alırdılarsa, indi bir kilo ilə kifayətlənənlər də var. Bu da bizə sərf etmir. Xərc borcu ödəmir…”

Elə alıcılar da giley-güzarlarını gizlətmirlər:

“Çox bahalıqdır, cibimizə uyğun deyil. İldən-ilə qiymətlər artır. Amma məcburuq ki, bayram süfrəsi üçün az-az da olsa, hər çərəzdən alaq.

Çünki Novruz bayramındə süfrə bəzəmək, paxlava, şəkərbura, qoğal bişirmək dədə-baba adətimizdir. Bu adət-ənənəni yaşatmalıyıq…”

Cəvahir

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv