!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Satınalmalar zamanı edilən SAXTAKARLIQLAR: “Bu sahədə bir sıra qanun pozuntuları var”

!Reklam – Yazi

“Satınalma prosesləri zamanı bir sıra qanunlar pozulmaqdadır. Bu pozuntuya cəhd edənlərə satınalma prosesində alıcı kimi iştirak edən tərəflər də daxil edilə bilir”.

Bu sözləri dövlət və özəl subyektləri tərəfindən təşkil edilən tenderlər zamanı bəzi qurum və şəxslərin saxta sənədlərdən istifadə etmə hallarına münasibət bildiriən tanınmış hüquqşünas, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında bildirib.

 

O qeyd edib ki, satınalamalar zamanı irəli sürülən tələblər həddən artıq sərt olur ki, bu da yalnız bir şirkətin tenderlərdə qalib olmasına səbəb olur:

“Hazırkı dövrdə bu kimi hallarla çox tez-tez rastlaşırıq. Azərbaycan qanunvericiliyində “Dövlət satınalmaları haqqında” Qanun mövcuddur və bunun əsasında tenderlərin keçirilməsi və satınalma prosedurlarının həyata keçirilməsiylə bağlı kifayət qədər imkanlar nəzərədə tutulub. Təbii ki, qanunazidd əməllərlə bağlı məsuliyyət tədbirləri də nəzərdə tutulub. İlk əvvəl indiki dönəmdə bu kimi hansı halların baş verdiyinə diqqəti yönəltmək istəyirəm.

Dövlət satınalmalarına dair bir sıra qanunlar pozulmaqdadır. Bu pozuntuya cəhd edənlərə satınalma prosesində alıcı kimi iştirak edən tərəflər də daxil edilə bilir. Lakin prosedurların pozulması daha çox o halda baş verir ki, vəzifəli şəxslər tərəfindən şərait yaradılır.

Hazırkı məqamda bir çox dövlət strukturlarıyla bağlı dəyişikliklər aparılır. Təbii ki, bütün bunların həyata keçirilməsində müxtəlif istiqamətlər, eləcə də dövlət satınalmalarıyla bağlı proseslər qanunun tələblərinə uyğun olaraq tenderlər şəklində həyata keçirilir. Diqqətə çatdırmaq istəyirəm ki, bir çox hallarda eyni şirkətin bir neçə satınalma prosesində qalib olmasıyla bağlı xəbərlərin şahidi oluruq. Eyni zamanda dövri olaraq keçirilən bütün satınalma proseslərində həmin şirkətin və yaxud bir neçə şirkətin tenderlərdə qalib olmasıyla bağlı hallarla üzləşirik.

Bu gün daha çox yayılan hallardan biri də hüquq şirkətləriylə bağlıdır və eyni vəziyyət dövlət qurumları və digər şirkətlər tərəfindən yaşanmaqdadır. Proseslərə nəzər yetirdikdə tələblərin həddən artıq sərt olduğnun şahidi oluruq. Tələblərin qoyulması qanun uyğun olsa da, bu tələblərin yalnız öncədən müəyyən olunmuş şirkətlərə uyğun irəli sürülməsi artıq qanun pozuntusudur.

Bu cür tələblərin irəli sürülməsi satınalma prosesində iştirak etmək haqqı olan kiçik və orta sahibkarların prosesdən kənarda saxlanmasına gətirib çıxarır. Düşünürəm ki, bütün bunlar əslində dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlərə ziddir.

Qeyd etmək lazımdır ki, “Dövlət satınalmaları haqqında” Qanun uzun müddətdir ki, qəbul edilib və bu yaxınlarda adı çəkilən qanuna dəyişikliklər edilib. Bununla da yeni qanun 1 yanvar 2024-cü il tərəfindən qüvvəyə minəcək. Əlavə etmək istəyirəm ki, bu qanun pozuntuları həm inzibati, həm də cinayət məsuliyyətini aktuallaşdırır.

Qanun tələblərinin pozulması zamanı inzibati məsuliyyətə cəlb edilərsə, vəzifəli şəxslərƏ 6 min manata qədər cərimələr tətbiq edilə bilər. Artıq söhbət cinayət məsuliyyətindən gedirsə, 4 ilə qədər azadlıqdan məhrum etmə və vəzifədən azad olunma kimi cəzalandırma tədbirləri həyata keçirilir.

Bu kimi məsuliyyət tədbirlərinin həyata keçirilməsindən asılı olmayaraq vəzifədən sui-istifadə hallarına rast gəlirik. Təbii ki, bütün bunlarla bağlı maarifləndirmə prosesləri olmalı, cəmiyyət məlumatlandırılmalıdır”.

Yusif Səmədzadə

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv