!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şaurmadan kütləvi zəhərlənmə: Bəzilərinin vəziyyəti ağırdır

!Reklam – Yazi

Rusiya paytaxtı Moskvada şaurmadan kütləvi zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, beş gün ərzində 32 nəfər xəstəxanaya yerləşdirilib, bəziləri reanimasiyadadırlar.

Xəstəxanada olanların hamısı etiraf edib ki, Sofiya Kovalevskaya küçəsindəki “Bistro-24” yeməkxanasında şaurma və manqalda bişmiş toyuq yeyiblər. Bir gün sonra isə hər kəsdə qızdırma, ürəkbulanma və mədə pozuntusu kimi şikayətlər ortaya çıxıb.

Artıq istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.
Təqsirləri sübuta yetirilərsə, iaşə müəssisəsinin cavabdeh şəxslərini 500 min rubla qədər cərimə və ya altı ilə qədər həbs cəzası gözləyir.

Mənbə: “Komsomolskaya pravda” “Telegram”

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv