!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Savaş ABSURDU: Rusiyada dövlət qulluqçularının xarici pasportları zorla yığılır – İDDİA

!Reklam – Yazi

Rusiyada büdcə təşkilatlarında çalışan işçilərdən və məmurlardan xarici pasportların toplandığı bildirlir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumat “Azadlıq” radiosunun rus dili xidməti və “İndiki zaman” telekanalı jurnalistlərinin “Sistem” birgə araşdırma layihəsi tərəfindən yayımlanıb.

Qeyd olunur ki, Rusiyanın Ukraynaya ötən il başlayan hərbi müdaxiləsindən sonra dövlət şirkətlərində və büdcə təşkilatlarında işləyənlərin xarici pasportları alınaraq, onların ölkəni tərk etmələri mümkünsüz hala gəlib.

İnformasiyaya əsasən, Rusiya hakimiyyətinin müvafiq strukturlarının bu istiqamətdə fəallığı son dövrlərdə xeyli artıb. Bu işi həyata keçirənlər xarici pasportların toplanmasını bəzi rusiyalı deputatların “Meksika və Dubaydan tətil fotoşəkillərini paylaşmaları” ilə izah ediblər.

Bildirilir ki, xarici pasportunu təhvil verməyən əməkdaşlardan öz ərizələri ilə işdən çıxmaq tələb olunur. Bir sıra hallarda isə əməkdaşların xarici pasportları sadəcə sıfırlanır.

www.yenicag.az

382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv