!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Save the Children: "Qəzzada bəzi uşaqlar anesteziyasız amputasiya edilir"

!Reklam – Yazi

Qəzzada bəzi uşaqlar anesteziya olmadan amputasiya edilir.

Yenicag.az xəbər verir ki, bu barədə bütün dünyada uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş beynəlxalq təşkilat “Save the Children” məlumat yayıb.

“Save the Children” QHT-nin nümayəndəsi ÜST İcraiyyə Komitəsinin Qəzza üzrə xüsusi sessiyasında bildirib ki, Qəzza zolağında bəzi uşaqlar vəsait çatışmazlığı səbəbindən anesteziyasız amputasiya olunur, digərləri isə aclıq ərəfəsindədir.

Məlumata görə, bazar günü ÜST-nin İcraiyyə Komitəsinin üzvü olan 34 ölkənin hamısı, o cümlədən ABŞ, Qəzza zolağına humanitar yardımın maneəsiz daxil olmasını və yaralıların təxliyəsini tələb edən qətnaməni təsdiqləyib.

“Qəzzada uşaqların yaşadıqlarını sözlə təsvir etmək mümkün deyil. Ailələrini, evlərini, məktəblərini itiriblər. Əməkdaşlarımız bildirir ki, uşaqların yaralarında qurdlar əmələ gəlir, bəzən onların əzaları narkozsuz kəsilir. Bəzi uşaqlar aclıqdan ölmək ərəfəsindədir”, – “Save the Children” nümayəndəsi deyib.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRVA) nümayəndəsi də çıxış edib. O bildirib ki, təşkilat hələ də Qəzzada fəaliyyət göstərir, lakin 7 oktyabrdan bəri UNRWA-nın 134-dən çox əməkdaşının həlak olması səbəbindən dağılmaq ərəfəsindədir.

Xatırladaq ki, dekabrın 1-də BMT-nin Uşaq Fondunun (UNİCEF) rəhbəri Ketrin Rassel Qəzza zolağının yenidən uşaqlar üçün dünyanın ən təhlükəli yerinə çevrildiyini bildirib.

Cümə günü BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, İsrailin hərbi əməliyyatları başlayandan bəri 17 min fələstinli arasında 4 mindən çox qadın və 7 min uşaq öldürülüb.

Xuraman Etibarlı

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv