!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Science Talks 2023” – Elmi konfrans keçiriləcək

!Reklam – Yazi

Azərbaycanda ilk dəfə 5 elmi mövzunun, 5 fərqli spikerin təqdimatında, ölkəmiz üçün tamamilə yeni formatda “Science Talks 2023” adlı elmi konfrans keçiriləcək.

“Yaşıl Elm” və “Elm Azərbaycan” platformalarının təşkilatçılığı ilə keçiriləcək bu tədbirdə 5 spikerin çıxışı planlaşdırılır.

Çıxış edəcək şəxslər arasında tədbirə onlayn olaraq qoşulacaq Barış Özcan da yer alır. Barış Özcan “Qeyri-səlis məntiq, texnologiyalar üzərində tətbiqi və Lütfi Zadə” mövzusunda videozəng vasitəsilə təqdimat edəcək. Tədbirə fiziki olaraq qoşulacaq spikerlər arasında öz elmi və maarifləndirici videoları ilə qısa zamanda məşhurlaşan bioloq, təkamül alqoritmləri mütəxəssisi, “Evrim Ağacı” platformasının təsisçisi Çağrı Mərd Bakırcı, səyahət videoları ilə bütün dünyadan sevərək izlənilən Ruhi Çenet, molekulyar bioloq, genetik Asim Şəngör və fizik Sadiq Şamilov da var.

“Technote” media şirkətinin təsisçisi Fərid Pərdəşünasın moderatorluğu ilə baş tutacaq təbdir 1 Oktyabr 17:00-da start götürəcək. Çıxış edəcək spikerlərin xüsusi təqdimatları ilə keçirilməsi gözlənilən tədbir üçün biletlər artıq satışa çıxıb. Biletləri iticket.az saytından və 055 569 89 33 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

“Science Talks” Azərbaycana məxsus, bizi daxili auditoriyada və dünyanın müxtəlif arenalarında təmsil edəcək elmi-kütləvi konfrans brendidir.

Gəlin, bu elmi-mədəni mühiti birlikdə paylaşaq.

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv