!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

SDU tələbəsi bıçaqlandı – Universitetdən açıqlama

!Reklam – Yazi

Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı məlumat yayıb.

Yenicag.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar.

Qeyd olunub ki, məlum hadisə aprelin 14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib.

Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.

www.yenicag.az

699
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv