!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Səbail” “Araz Naxçıvan”a qalib gəldi 

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun görüşlərinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günü “Araz Naxçıvan” “Səbail”i qəbul edib.

“Liv Bona Dea” arenada keçirilən matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. Bakılıların heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev paytaxt klubunun üstünlüyünü 2 topa çatdırıb.

Bu nəticənin ardından Şahin Diniyevin komandası xal ehtiyatını 42-yə çatdırmaqla, altıncı pillədə qərarlaşan “Turan Tovuz”un turnir cədvəlindəki mövqeyinə şərik olub.

Naxçıvan klubu isə 32 xalla səkkizinci pillədə qalıb.

Qeyd edək ki, turun digər görüşlərində bu nəticələr qeydə alınıb: “Turan Tovuz” – “Sumqayıt” – 1:4, “Qarabağ” – “Qəbələ” – 2:2, “Zirə” – “Neftçi” – 3:1, “Kəpəz” – “Sabah” – 1:2./Oxu.az/

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv