!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şəbnəm: “Gündəm xatirinə bunu etməyə məcbur olmuşam, amma…”

!Reklam – Yazi

“Çalışdığım bu tip verilişlərdə gündəm xatirinə bayağılıq tələb olunub, həyat tərzimə və düşüncələrimə zidd olan nələrisə etməyə məcbur olmuşam. Amma…”

“Space”də yayıma başlayan yeni verilişi ilə bağlı danışarkən tanınmış aparıcı Şəbnəm Turan Yenicag.az-a açıqlamasında belə deyib.

O, yeni verilişin digər qadın proqramlarından fərqlənəcəyini bildirib:

“Bu veriliş həftənin 5 günü səhər saat 11:00-da izləyicilərin görüşünə gələcək. “Qadın çağı” digər qadın mövzusuna həsr olunmuş verilişlərdən fərqi olacaq. Mövzudan asılı olmayaraq çalışacağıq tərəzinin həm də digər gözünə nə isə qoymağı bacaraq. Bu gün izləyici şou, gündəm naminə hansısa qadının dolabında nələr olması, qızılının qiyməti, sevgilisinin kimliyi barədə məlumatlı olmaq istəyirsə, biz digər tərəfdə qadının cəmiyyətdə özünü tapa bilməsi, hüquqlarını bilməsi, sosial statusunu dərk etməsi üçün məsləhətlərimiz də olacaq. Verilişlərimizdə bunu xüsusilə vurğulayırıq.

Çalışdığım bu tip verilişlərdə gündəm xatirinə bayağılıq tələb olunub, həyat tərzimə və düşüncələrimə zidd olan nələrisə etməyə məcbur olmuşam. Amma indi tam olaraq savadlı, sosial, iqtisadi və digər sahələrdə qadınları əhatə edən bir veriliş təqdim edəcəyik. Fərqimiz bundadır. Əyləncə də olacaq, amma paralel şəkildə bir qadının mütləq hüquqlarının müdafiəsinə, cəmiyyətdə yerini tapmasına, inkişafına xidmət edən bir veriliş olacaq”.

Cəvahir

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv