!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səbrilə sınağa çəkilən RƏSMİ BAKI: "Azərbaycan tərəfi məcbur olub hərbi əməliyyatlar keçirəcək"

!Reklam – Yazi

“Qarabağdakı silahlılar nəinki Azərbaycan qanunlarına görə, dünya və beynəlxalq hüquqa görə də qeyri-qanunidir, terrorçudur, silahlı dəstədir”.

Bunu Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsi və Brüssel görüşünün prosesə təsirini şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Tərlan Eyvazov bildirib ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi xoş məramını ortaya qoyub:

“Azərbaycanda xeyli sayda saxlanılan erməni hərbçi var idi. Azərbaycan hər dəfə müəyyən xoş məram göstərərək onlardan qatı cinayətlərdə əli olmayanları qanunvericiliyinə görə azad edir. Bir tərəfdən də onların müəyyən hissəsi cəza müddətinin bir hissəni çəkib.

Brüsseldə iki ölkə rəhbəri görüş keçirdi. Yəqin ki, orada müəyyən məsələlər həll olunub, razılığa gəlinib. Azərbaycan tərəfi göstərir ki, özündən asılı olan nə varsa, etməyə hazırdır. Biz bunu Qarabağda yolun çəkilməsində gördük. Azərbaycan tərəfi sülh danışıqlarına, delimitasiya məsələsinə və digər sahələrin tənzimlənməsində razılaşmağa hazırdır, təki oradakı revanşist qüvvələr ərazidən çıxarılsın. Bundan əlavə, orada olan ağır silahlar da ərazidən çıxarılmalıdır ki, əhali beynəlxalq və Azərbaycan qanunlarına görə dinc yaşasınlar. Qarabağdakı silahlılar nəinki Azərbaycan qanunlarına görə, dünya və beynəlxalq hüquqa görə də qeyri-qanunidir, terrorçudur, silahlı dəstədir. Buna görə də əgər bu məsələlər öz həllini tapmayacaqsa, Azərbaycan tərəfi məcbur olub hərbi əməliyyatlar keçirəcək. Düşünmürəm ki, belə olacaq. Çünki orada yaşayan erməni əhali neçə illərdən bəridir bu məsələlərdən cana doyub və insan kimi yaşamaq istəyir. Bu yöndə Azərbaycan tərəfinin atdığı addımlar təqdirəlayiqdir”.

Səxavət Məmməd

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv