!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki dönəmində maaşlarda ARTIM GÖZLƏNTİSİ: “İndiki şəraitdə bazar tələb edərsə...”

!Reklam – Yazi

“Minimum əmək haqqı artırılmadığına görə orta aylıq əmək haqqı üzrə artım ötən illə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olacaq”.

Bu fikirləri 2024-cü ildə müxtəlif sektorlarda əmək haqlarının artırılacağına dair gözləntiləri dəyərləndirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əmək haqlarında artımın olması bazar şərtlərindən asılıdır:

“Əslində, bu il də əmək haqlarında artım gözlənilir. Lakin təssüf ki, minumum əmək haqqının artırılması barəsində qərar verilməyib və belə görünür ki, verilməyəcək.

Keçən il orta aylıq əmək haqqının 11 faiz artmasının əsas səbəbi minimum əmək haqqının artırılması idi. Düşünürəm ki minimum əmək haqqı artırılmadığı üçün orta aylıq əmək haqqı üzrə artım ötən illə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olacaq.

Mövcud şəraitdə isə bu artım bazar şərtlərindən asılıdır.Yəni bazar tələb edərsə, sahibkarlar əmək haqlarını artıra bilər. Həmçinin ehtimal oluna bilər ki, hökumət seçki dönəmində dövlət sektorunda işləyən müəyyən kateqoriya üzrə vətəndaşların əmək haqlarının artırılması məsəsləsinə baxsın”

Nuray Məmmədzadə

www.yenicag.az

2094
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv