!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki kampaniyasında SONUNCU HƏFTƏ: “İstər namizədlər, istərsə də seçicilər üçün bütün...”

!Reklam – Yazi

 

“Seçki prosesi çərçivəsində görülən işlər müsbət gözləntiləri tam doğruldur”.

Bu fikirləri fevralın 7-də keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat mərhələsinin gedişini dəyərləndirən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, proses Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun qaydada yüksək səviyyədə keçirilir:

“Bu seçkilər şəffaf və demokratik şəkildə keçirilməsi ilə həm də yüksək siyasi mədəniyyəti özündə ehtiva edir. İstər namizədlər, istərsə də seçicilər üçün bütün lazımi şərait yaradılıb.

Namizədlər onlara verilən imkanlardan səmərəli istifadə edir, efirdə öz proqramlarını açıqlayır və seçicini seçki prosesinə cəlb etməyə çalışırlar.

Bir sözlə, seçki prosesi çərçivəsində görülən işlər müsbət gözləntiləri tam doğruldur. Regionda yeni reallıqlar formalaşdıran Azərbaycan seçkilərdən sonra inkişaf yolunda daha qəti addımlarla irəliləyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv