!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki könüllülərinin növbəti dayanacaqları Şərur, Qazax və Lənkəran oldu

!Reklam – Yazi

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən seçki könüllülərinin qarşıdan gələn növbədənkənar prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüşləri davam edir.

Növbəti görüş Şərur, Qazax və Lənkəran rayonlarının gənclərini əhatə edib. Görüşün əsas məqsədi 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək region gəncləri üçün gənclərə seçicinin hüquq və vəzifələri, seçki prosesində iştirak etmək üçün lazım olan prosedur qaydaları barədə ətraflı məlumat vermək və bütün gəncləri seçkidə iştirakçılığa səsləməkdir.

 

“Gəncin səsi, Gələcəyin səsi!” şüarı altında baş tutan maarifləndirmə sessiyaları ilə yanaşı gənclərin asudə vaxtlarının səmərəli və əyləncəli təşkil edilməsi məqsədilə onların maraqlarını əhatə edəcək müxtəlif mövzularda kvestlər, komanda quruculuğu və şəbəkələşmə oyunları həyata keçirilib.

 

Qeyd edək ki, 28 dekabr tarixindən etibarən start götürən layihənin icrası zamanı səyyar avtobuslar vasitəsi ilə təşkil edilən səyyar görüşlər çərçivəsində Seçki Könüllüləri bugünə qədər respublikamızın Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Naxçıvan, Masallı və Goranboy şəhər və rayonlarında olublar. Həmçinin səsvermə qaydaları barədə keçirilən təlimlərdə fəallıq göstərən region gənclərimizə müxtəlif hədiyyələr təqdim edilib.

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv