!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki prosesində medianın rolu və vəzifələrinə dair müşavirə keçirilib – FOTOLAR/VİDEO

!Reklam – Yazi

Bu gün Bakıda Mərkəzi Seçki Komissiyası (MSK), Medianın İnkişafı Agentliyi (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirin təşkil olunmasında başlıca məqsəd media subyektlərinin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Tədbiri MSK sədri Məzahir Pənahov, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov və Mətbuat Şurasının sədri Rəşad Məcidin açılış nitqləri ilə başlayıb.Daha sonra MSK üzvləri Fuad CavadovQabil Orucov “Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqata dair ümumi tələblər, seçkiqabağı təşviqat subyektləri, onların hüquq və vəzifələri”, “Ödənişli və ödənişsiz əsaslarla aparılan seçkiqabağı təşviqat prosesində media subyektlərinin rol və vəzifələri” mövzularında çıxış ediblər.Təqdimatlar zamanı iştirakçılara, həmçinin seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin olunması, eləcə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü medianın rolu və vəzifələri barədə də ətraflı məlumat verilib. Təşkilatçı qurumların rəhbərləri və təmsilçiləri ilə yanaşı, aparıcı media subyektlərinin rəhbərləri və nümayəndələrinin də iştirak etdiyi müşavirə mövzular ətrafında fikir mübadiləsi və sual doğuran məsələlərin müzakirəsindən sonra öz işini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

www.yenicag.az

369
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv