!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki prosesinin faydalı CƏHƏTİ: “Namizədlərin sayı nə qədər çox olarsa...”

!Reklam – Yazi

“Prezident seçkilərində namizədləyini irəli sürən siyasətçilərin partiyalarında canlanma baş verəcək”.

Bu fikirləri prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən iddialıların sayının çoxluğuna münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, prezident seçkilərində namizədlərin çox olması müsbət haldır:

“Çünki yaxın gələcəkdə parlament seçkilərinin keçiriləcəyi ehtimal olunur. O baxmdan, prezident seçkilərində namizədləyini irəli sürən siyasətçilərin partiyalarında canlanma baş verəcək.

Yəni bu fəaliyyət sayəsinndə gələcək seçkilər üçün daha hazırlıqlı olacaqlar. Əlavə olaraq, müstəqil namizədlərə də eyni prosesi şamil etmək olar. Onlar parlament seçkilərində namizədliklərini irəli sürmək üçün möhkəm baza hazırlayırlar.

Bir sözlə, seçkilərdə namizədlərin çox olmasında fayda var. Hər kəs özünün nəyə qadir olduğunu görəcək. Nə qədər seçici imzası yığıldığı, kiminlə əməkdaşlıq edəcəyi, ümumiyyətlə, kimin güclü, kimin zəif olduğu bu prosesdə üzə çıxacaq. Qısaca desək, proseslər pozitivdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv