!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçki təşviqatının RƏNGSİZ ETÜDLƏRİ: “Namizədlərin teleçıxışlarında emosiyanın olmaması...”

!Reklam – Yazi

“Namizədlər bu gerçəkliyin fərqində olduqları üçün sadəcə, prosesin başa çatmasını gözləyirlər”.

Bu fikirləri 7 fevral növbədənkənar prezident seçkilərinin təşviqat mərhələsində namizədlərin ödənişsiz efir performansını dəyərləndirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, debata qatılan altı namizədın efir çıxışlarının sönüklüyü iddialıların öz şanslarına əmin olmamaları ilə bağlıdır:

“Namizədlərin ödənişsiz efir çıxışları artıq ikinci həftədir, davam edir və seçicilər onların iştirakı ilə bir neçə debatı izləyiblər. Mətbuatın və sosial şəbəkələrin çoxsaylı istifadəçilərinin yanaşmasına baxsaq, namizədlərin çıxışlarını xüsusi maraq doğurmadığını görərik.

Bu da əlbəttə ki səbəbsiz deyil. Əvvəla ona görə ki, 7 fevral seçkilərinnə İlham Əliyevin mütləq üstünlüyü aksiomdur. İndiki şəraitdə onunla rəqabət aparmaq nəinki çətin, hətta mümkünsüzdür. Bunu həmin altı namizəd də başa düşür və onlar həmin reallığın ağırlığı altında efirə çıxırlar. Belə olan halda onların aktiv kampaniya aparmaları, çıxışlarına cəlbedici emosiya qatmaları gözlənilmir.

Ancaq bəzi namizədlərin çıxışlarında epizodik də olsa, maraqlı fikir və təkliflərə rast gəlinir. Məsələn, Qüdrət Həsənquliyev və Razi Nurullayevin digərlərinə nisbətən daha fəal olduqları, seçicilərlə canlı görüşlərə getmələri qeyd olunmalıdır. Lakin bu fəallıq da ümumi mənzərəni dəyişmir.

Fikrimcə, debatlar sona qədər bu tempdə davam edəcək. Çünki mövcud vəziyyəti dəyişəcək heç bir vasitə yoxdur. Namizədlər də bu gerçəkliyin fərqində olduqları üçün sadəcə, prosesin başa çatmasını gözləyirlər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv