!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkidə iştirakın qazandırdığı ÜSTÜNLÜK: “Bütün hallarda bu seçkilərdən qalib ayrıldıq və...”

!Reklam – Yazi

“Seçki prosesində çox böyük təbliğat imkanları qazandıq, bütün iqtisadi rayonların hamısında görüşlər keçirdik”.

Bu fikirləri dünən keçirilmiş növbədənkənar prezident seçkilərində namizəd olmuş Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Azərbaycana xaricdən ciddi basqılar ara verməsə də, seçkilər çox normal qaydada keçirildi:

“İlk gündən idarəetmə, iqtisadi inkişafla bağlı alternativ fikir ortaya qoyduq və hesab edirəm ki, bu da normal qarşılandı. Namizədlərin bir çoxuna qarşı hücumlar olsa da, bizə qarşı belə davranışa yol verilmədi. Çünki biz fərqli mövqe sərgiləyərək ölkəmiz üçün əhəmiyyətli təkliflər irəli sürdük.

Azərbaycana xaricdən ciddi basqılar ara verməsə də, seçkilər çox normal qaydada keçirildi. Nəticədə İlham Əliyev prezident seçildi, biz də təbrik etdik. Qarşıdan parlament və bələdiyyə seçkiləri gəlir. Bölgələrdə “daşlaşmış” partiyalar var idi, artıq onlar yoxdur, yeni yanaşmalar yaranıb. Seçki prosesində çox böyük təbliğat imkanları qazandıq, bütün iqtisadi rayonların hamısında görüşlər keçirdik. Televiziya, radio çıxışlarımız oldu, xarici təşkilatlarla görüşdük.

Bu seçkilərin bizim partiyaya çox böyük faydası oldu. Bütün hallarda bu seçkilərdən qalib ayrıldıq. İndiyə qədər biz kənarda qalırdıq. Seçkilərdə iştirak edənlərin hamısı hakimiyyətdə olmuş partiyalar idi. Biri icra, digərləri isə qanunverici hakimiyətdə təmsil olunan partiyaları nəzərdə tuturam. Hakimiyyətdə olmayan tək partiya biz idik. Seçicilərlə ən yaxşı görüşləri də biz keçirdik. Bizim görüşlərdən heç kəs qaçmadı, zal həmişə dolu oldu”.

Səxavət Məmməd

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv