!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkilər və “vahid namizəd” tələsi – Vəli Əlibəyov yazır

!Reklam – Yazi

Türkiyənin siyasi arenasında baş verən son günün hadisələri bir anlıq məni müstəqil Azərbaycanın seçki tarixinə apardı. “Vahid namizəd” ideyası Azərbaycan müxalifətinin də uzun illər yuxusuna haram qatırdı və çoxsaylı cəhdlərə baxmayaraq, üzərinə düşən missiyanı yerinə yetirmirdi. Görünən odur ki, Türkiyədəki seçkilərdə də belə olacaq. Niyə? Bu suala cavabı siyasətçilərin və elektoratın seçki öncəsi davranış modellərində tapmağa çalışaq.

Faktor 1. Siyasət aktorlarında “Vahid namizəd” ideyası malik olduğu elektoratın səslərinin qələbə qazanmaları üçün kifayət etməyəcəyini dərk edən zaman yaranır. Səslərin 50 faizdən artığını yığacağına əmin olan siyasi qüvvə heç zaman “Vahid namizəd” ideyasına qoşulmaz.

Yəni “Vahid namizəd” zəiflərin müəyyən dövr üçün birləşdiyi bir birlikdir. Birləşənlərin də “baqajında” iddia etdikləri qədər səs sayının nə dərəcə reallığa söykəndiyini demək çox çətindir…

Faktor 2. Siyasi səhnə rəngarəng olduğundan, birləşənlərin də müxtəlif siyasi qanadlara məxsus olması qaçılmazdır. Belə bir birləşmə həmən siyasi qüvvələri təmsil edən sadə üzvlər tərəfindən heç də hər zaman yekdilliklə və müsbət qarşılanmır. Məsələn, milliyətçi ideologiyasına xidmət edən partiyanın üzvlərinə buna qədər siyasi rəqib saydıqları liberallarla bir masa ətrafında oturmaqlarını izah etmək olduğca çətindir, o ki qala liderlərinin həmin qüvvənin liderinin namizədliyini dəstəkləməsini…

Bu amilin özü də səsvermə zamanı partiyaların “təminatlı” səs faizində azalmaları şərtləndirir. Narazı üzvlər səsvermədə, ümumiyyətlə, iştirak etməyə də bilərlər və ya təcrübədə də çox rast gəlindiyi kimi, seçkiyə gedib rəqibə də səs verə bilərlər…

Faktor 3. Partiyaların əksəriyyətində üzvlər ideologiya ətrafında deyil, lider ətrafında birləşirlər. Öz liderlərinin kiməsə güzəştə getməsi onlar üçün qəbuledilməz olur. Bu hal onların seçkidən yayınmasına, yaxud da etirazlarını rəqibə səs verməklə bildirmələrilə nəticələnir…

Faktor 4. Birləşmə tək birləşənlərin səsinin deyil, həmçinin onların malik olduğu mənfi tarixçəni (nüfuz, imic) daşımağı şərtləndirir. Birləşənlərin sayı nə qədər çox olarsa, bölüşülməli mənfilər də o qədər çox olur. Bu hal rəqib tərəfə seçki zamanı sənə qarşı daha çox arqument verir.

Faktor 5. Əvvəldə qeyd etmişdik ki, “Vahid namizəd” ideyası öz zəifliyini qəbul edən zaman yaranır. Təcrübə göstərir ki, bu ideya ətrafında həmfikirlər toplaşdıqca, siyasət subyektlərinin reallıq hissi zəifləməyə başlayır – onlar bir anda özlərinin daha qüdrətli və rəqibi yenmək iqtidarında olduqlarına inanırlar. Bu hal birliyə daxil olan bütün subyektlərdə müşahidə olunan haldır.

Bu özünü seçkidən əvvəl birliyə daxil olanlar arasında “ovlanmamış ayının dərisinin bölüşdürülməsi” prosesində açıq şəkildə biruzə verir. Hamı iddialı olur, hamı özü üçün müəyyən güzəşt və ya vəzifə təminatı istəyir, tələblərinin qəbul edilmədiyi halda demarş edərək birliyi tərk edirlər, mətbuata birliklə bağlı xoşagəlməz faktlar açıqlayırlar və s. Əlbəttə, belə hallar da birləşənlər barədə mənfi rəyin yaranmasına, seçki zamanı səs itirmələrinə səbəb olur…

Vəli Əlibəyov
Siyasi Texnologiyalar Mərkəzinin prezidenti, Siyasi texnoloq

www.yenicag.az

459
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv