!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkilərdən sonra aktuallaşan SİYASİ AÇILIM: “Cəmiyyətdə qütbləşmənin ziyanlı olduğunu...”

!Reklam – Yazi

“Bizim müttəfiqimizin olduğu və can atdığı məkan Azərbaycanın milli maraqlarına uyğundur”.

Bu fikirləri dünən keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra ölkədə gözlənilən mümkün dəyişiklikləri dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə üçün yeni mərhələdə siyasi açılım dərinləşdirilməlidir:

“Seçkinin nəticələrini belə də proqnozlaşdırırdıq. Millətimizə, dövlətimizə xeyirli olsun. Nəhayət siyasi nəzakətə də alışmalıyıq. Prezidenti yenidən seçilməsi münasibətilə təbrik edirəm, uğurlar arzulayıram.

Biz dünyadan təcrid oluna bilmərik. Dünyanın mütərəqqi kəsimi ilə əməkdaşlığımız artan xətt üzrə inkişaf etməlidir. Avropa institutları ilə yaranan anlaşmazlığın aradan qaldırılması çox vacibdir. Qərb bir sistemdir, Avropa Şurası, Avropa İttifaqə, ATƏT və NATO ayrı deyil, bunlar bir sistemdir. Bu sistemlə strateji əməkdaşlığın qurulması Azərbaycanın milli maraqlarına cavab verən bir haldır.

Bizim strateji tərəfdaşımız Türkiyə həmin düşərgələrlə münasibətlərinin kəskinləşməsinə baxmayaraq, onlarla əlaqəni tam kəsməyib, bu gün də inteqrasiyanı özünün əsas prioritetlərindən biri sayır. Bizim müttəfiqimizin olduğu və can atdığı məkan Azərbaycanın milli maraqlarına uyğundur. Qarabağ problemi həll olunub, suverenliyimiz bərpa edilib. Ona görə də, demokratiyanın paslı qapısı açılmalıdır. Onun dərəcəsini müəyyən etmək olar. Bu önəmli məsələlərdən biridir.

Ölkədə siyasi açılım dərinləşdirilməlidir. Cəmiyyətdə qütbləşmənin ziyanlı olduğunu qəbul etməliyik. Qütblər arasında anlaşmaya önəm verməliyik. Bütün siyasi partiyalara yuxarıdan aşağı, yox kimi baxmamalıyıq. Açılımın özündə də yenilik olmalıdır. Dialoqların daha fundamental olması vacib məsələlərdən biridir.

Digər mühüm məsələ sosial açılımla bağlıdır. Sosial açılıma ciddi ehtiyac var. Eyni zamanda, obyektiv və ya subyektiv səbəblərdən Qərbin Azərbaycana qarşı təzyiq vasitəsi olan siyasi məhbus məsələsi minimuma enməlidir. Ən əsası, öncədən razılaşdırıldığı kimi, Rusiya sülhməramlıları 2025-ci ildə Azərbaycana ərazisindən çıxarılmalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv