!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Seçkilərin birinci turunda yüksək fəallıq göstərən seçicilər ikinci turda da eyni dərəcədə...” – REAKSİYA

!Reklam – Yazi

“Türkiyə iqtidarı və müxalifəti arasında qüvvələr nisbəti təqribən bərabər olduğu üçün bu nəticə gözlənilən idi”.

Bu fikirləri Tükiyədə keçirilmiş prezident və parlament seçkilərinin nəticələrini, həmçinin yüksək seçici fəallığını dəyərləndirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən bazar günü keçirilmiş seçkilər Türkiyə demokratiyasının və türk millətinin qələbəsi sayılmalıdır:

“Hesab edirəm ki, Türkiyədə mayın 14-də keçirilən seçkilər demokratiyanın təntənəsi idi. Türkiyədə demokratiya və insan hüquqlarının pozulması iddiaları ilə Ərdoğan hakimiyyətinə təzyiq göstərməyə çalışan Qərb mərkəzləri də gördülər ki, vətəndaşların ən ali hüquqlarından biri olan seçmək və seçilmək hüququ ən yüksək səviyyədə təmin olundu. Bu, həqiqətən, Türkiyə demokratiyasının və türk millətinin qələbəsi sayılmalıdır.

Seçkilərin nəticələrinə gəldikdə isə, Türkiyə iqtidarı və müxalifəti arasında qüvvələr nisbəti təqribən bərabər olduğu üçün bu nəticə gözlənilən idi. O baxımdan, seçkilərin taleyinin məhz ikinci turda həll olunacağı gözlənilirdi və bu proqnozlar doğruldu. Bu nəticə Türkiyə xalqının iradəsini əks etdirir və onlar qalibin ikinci turda müəyyənləşməsinə yol açdılar.

Əlbəttə, müxalifətin namizədi olan Kamal Kılıçdaroğlu və onun tərəfdarları bu nəticələrdən məyusdurlar. Ancaq Türkiyə seçicisinin iradəsi həlledici oldu. İnanıram ki, seçkilərin birinci turunda yüksək fəallıq göstərən seçicilər ikinci turda da eyni dərəcədə aktiv olacaqlar və öz prezidentlərini seçəcəklər”.

A.Zeynalov

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv