!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sədərək" Ticarət Mərkəzində YANĞIN - VİDEO 

!Reklam – Yazi

FHN-in 112 qaynar telefon xəttinə Sədərək Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlunat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində ilkin məlumata əsasən, ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

Mağazalar yanğından mühafizə olunub.

***

“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Yanğına səbəb kimi elektrik naqillərində qısaqapanma olduğu bildirilir.

İlkin məlumata görə 1 mağazada dəyəri 10 min manat dəyərində məhsul yanıb. Digər mağazalara dəyən ziyanın məbləği hesablanır.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv