!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfər Mehdiyev inhisarçılığı inkar etsə də... – “Belə hallar var” – Vahid Əhmədov

!Reklam – Yazi

“Gömrük orqanlarının fəaliyyətinə qiymət verərkən, biz ilk növbədə rəqəmlərə diqqət yetiririk”.

Bu fikirləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin haqqın.az-a geniş müsahibəsində ölkəyə məhsul idxalında inhisarın olduğunu inkar etməsinə münasibət bildirən Milli Məclisin deputatı Vahid Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O, son bir neçə ildə gömrük orqanlarının fəaliyyətində müsbət məqamların olduğunu desə də, inhisarçılıq hallarının aradan qalxmadığını vurğulayıb:

“Öncə onu qeyd edim ki, gömrük orqanlarının son üç-dörd ilə aid fəaliyyətinə nəzər saldıqda görürük ki, bu qurum tərəfindən dövlət büdcəsinə təqribən dörd milyard manata yaxın vəsait daxil olub. Ötən illərlə müqayisə apardıqda, belə müsbət məqamların olduğunu görürük.

Amma indi desək ki, gömrük orqanlarının fəaliyyətindəki problemlər birdəfəlik həll olunub, yaxud da inhisarçılıq aradan qaldırılıb, bu barədə mənim öz fikrim var və mövqeyimi Milli Məclisdə hər zaman səsləndirirəm. Subyektiv fikrim bundan ibarətdir ki, inhisarçılıq halları var.

Yeni deyirəm, gömrük orqanlarının fəaliyyətinə qiymət verərkən, biz ilk növbədə rəqəmlərə diqqət yetiririk. Nə qədər artım və ya azalmanın olduğuna baxırıq. O baxımdan, son illərdə gömrük orqanlarından dövlət büdcəsinə daxil olan vəsaitlərin artması faktdır”.

A.Zeynalov

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv