!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfilyan HƏDƏLƏDİ: “Nikol Paşinyan, sənin dalınca fərqli şəkildə gələcəyik"

!Reklam – Yazi

“Nikol Paşinyan, biz sizin dalınızca fərqli şəkildə gələcəyik”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Milli Demokratik Qütbün Şura üzvü Jirayr Səfilyan deyib.

“Mən Nikol Paşinyanla danışmaq istəyirəm. İctimai və siyasi fəaliyyəti ilə o, öz sözünü deyib və etməli olduğu işlərdən danışmağa davam edir. Artıq dediyimiz kimi, irəliləməyə davam edəcəyik. Nikol Paşinyan, arxayın olun, biz sizin üçün 5 və ya 10 nəfərlə gəlməyəcəyik. On minlərlə erməni ilə gələcəyik”, – Səfilyan hədələyib.

Xatırladaq ki, noyabrın 2-də xüsusi xidmət orqanları Ermənistan ərazisində terror aktı hazırlayan bir qrup şəxsin saxlanılması barədə məlumat yayıb.

Milli Demokratik Qütbün Şura üzvü Jirayr Sefilyan da Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

İstintaq Sefilyanı terror aktının hazırlanması ilə bağlı cinayət işi çərçivəsində dindirib.

Daha sonra Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar qrupu yaxaladığını bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv