!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfir: “Rusiya və Ukrayna arasında əsir mübadiləsi Türkiyə vasitəsilə həyata keçirilə bilər”

!Reklam – Yazi

“Rusiya və Ukrayna arasında əsir mübadiləsi Türkiyə vasitəsilə həyata keçirilə bilər”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəkiı səfiri Vasili Bodnar deyib.

Onun sözlərinə görə, hazırda əsir mübadiləsi Ukrayna-Rusiya sərhədində həyata keçirilir: “Hər dəfə təxminən 50-100 əsir dəyişdirilir. Lazım gəlsə, bu mübadilə Türkiyə vasitəsilə həyata keçiriləcək. Sentyabr ayında buna oxşar hal baş vermişdi. Ümumiyyətlə, Türkiyə humanitar məsələlərdə böyük rol oynayır. Əminəm ki, yaralılar və əsirlərin mübadiləsində də Ankara bu rolu davam etdirəcək”.

Diplomat bildirib ki, bu, uzunmüddətli dialoqdur: “Bizim üçün nəticə vacibdir. Əsirlikdə olan insanlarımzın qaytarılması bizim üçün labüddür”.

V.Bodnar vurğulayıb ki, Ukraynanın 10 maddəlik sülh təklifi regionda sabitliyin təminatçısıdır: “Hər birimiz bilirik ki, işğalçı digər ölkələrə də hücum edə bilər. Ona görə də bu mövzu təkcə bizim üçün yox, başqaları üçün də vacibdir. Məqsədimiz sülhü təmin etmək və üçüncü dünya savaşının qarşısını almaqdır”./Report/

www.yenicag.az

318
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv