!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səfiri öldürməklə Rusiya və Türkiyəni qarşı-qarşıya qoya bilmədilər” – Politoloq

!Reklam – Yazi

erdoqan_putin“Rusiya və Türkiyənin Suriya ilə bağlı yaxınlaşması onu göstərir ki, tərəflər üçün əsas məqsəd vahid mövqedən çıxış etmək yox, bir-birinə sadəcə, problem yaratmamaqdır”.

Bu sözləri Yeniçağ.Az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putinin 2017-ci ilin yanvarında Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görüşündən danışarkən politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirir ki, görüş zamanı iki ölkənin mövqeləri müxtəlif olacaq:

“Rusiyanın öz mövqeyi və öz vəzifələri var. O, Bəşər Əsəd rejimini dəstəkləyir, müdafiə edir və onun hakimiyyətdən getməsinə imkan vermir. Türkiyənin mövqeyi isə orada kürd dəstələrini, sərhədləri möhkəmləndirmək və təhlükəsizliyi təmin etməkdir. İki ölkənin Suriya məsələsi ilə bağlı müxtəlif baxışları var”.

Fikrət Sadıqovun fikrincə, tərəflərin yaxınlaşması, onların bir-birinə çətinliklər və problemlər yaratmamasıdır:

“Digər tərəfdən isə iki ölkənin əksinə gedən tərəflər terror aktı törədərək münasibətləri gərginləşdirmək istəyirdilər. Ancaq heç bir məqsədə nail ola bilmədilər. Hər iki dövlət bir-birinə lazımdır. Zənnimcə, onların yaxınlaşması baş tutmasaydı Suriyadakı vəziyyət daha da gərginləşə bilərdi. Artıq Suriyadakı vəziyyət həm Rusiya, həm də Türkiyənin maraqları çərçivəsində müəyyən nəticələrini göstərib”.

Düşünürəm ki, yanvar ayında yeni görüş zamanı bu məsələlər ciddi şəkildə müzakirə olunacaq:

“Eyni zamanda planlar cızılacaq. Suriyanın həm gələcəyi, həm də iki ölkə arasındakı münasibətlərin inkişafı və terraktlara qarşı birgə tədbirlərin həyata keçirilməsi ciddi şəkildə müzakirə olunacaq.

Qeyd edək ki, Rusiyanın xarici işlər nazirinin müavini Gennadi Qatilovun verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiya XİN başçısı Sergey Lavrov və onların iranlı həmkarı Məhəmməd Cavad Zərifin Suriyanın gələcəyi ilə bağlı dekabrın 20-də Moskvada razılaşma əldə ediblər. Diplomat bildirib ki, prezidentlər – Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani – yanvarın ortalarında Astanada görüşəcək və həmin anlaşmanı müzakirə edəcəklər.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv