Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səfirin müavini Bakıda qəzaya düşdü

29213İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin vəzifəli əməkdaşı Bakıda avtomobil qəzasına düşüb

Hadisə Xətai rayonunda baş verib.

Belə ki, Nobel prospektində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü İlkin Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə İran səfirinin müavini, səfirliyin mədəniyyət müşaviri, 1974-cü il təvəllüdlü Əlirza Behbudinin idarə etdiyi səfirliyə məxsus “Peugeot Pars” markalı avtomobili arxadan vurub.

Nəticədə səfir müavininin idarə etdiyi avtomobil qarşıda hərəkət edən 1981-ci il təvəllüdlü Əsədulla Səmədovun sürdüyü BMW markalı avtomobilə dəyib. Qəza nəticəsində hər üç avtomobil əzilib, ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır(Report).

www.yenicag.az

382