Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ötən gün Ankarada qətlə yetirilməsinin arxasında xarici qüvvələrin dayandığı bildirilir.

Bu barədə Yeniçağ.Az-a danışan Ankara Politikalar Mərkəzinin Avrasiya məsələləri üzrə mütəxəssisi Orxan Qafarlı bildirib ki, səfirin qətlindən sonra Türkiyə və Rusiya rəhbərliyinin soyuqqanlı davranması məlum terror hücumunun arxasında kimlərin dayandığına dair Ankara ilə Moskva arasında fikir ayrılığının olmadığını göstərir:

“Mənə elə gəlir ki, Rusiyanın Türkiyədəki səfirinin terror hücumu ilə qətlə yetirilməsini Türkiyə ilə Rusiya arasında Suriya böhranının həlli prosesində anlaşmanın əldə olunmasına yaxınlaşmaları kontekstində dəyərləndirmək lazımdır. Terror hadisəsindən həmən sonra buna münasibət bildirən tanınmış simaların da əksəriyyəti səfirin qətlinin Türkiyə-Rusiya münasibətlərinin pozulmasına yönəldiyini bəyan ediblər. Səfirə qarşı hücumu təşkil edən çevrələr Türkiyənin “terror yuvası” olması, Ankaranın isə terroru dəstəkləməsi kimi bir rəy yaratmaq niyyəti güdüblər. Ancaq Türkiyə də, Rusiya da bu terror hücumunun xarici qüvvələr tərəfindən hazırlandığına şübhə etmədiklərindən, məsələ ilə bağlı soyuqqanlılıqlarını qoruyub saxlayırlar. Bu, müsbət haldır. Ümid edirik ki, bu terroru hazırlayanlar və icra edənlər ən qısa vaxtda aşkar edilərək, cəzalanacaqlar”.

Araz Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 19
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."