!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirlikdən Kiyevdəki Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

!Reklam – Yazi

Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.

Yenicag.az xəbər verir ki, məlumatda bildirilib:

“Kiyevdə komendant saatı bu gün saat 20:00-dan 07:00-dək davam edəcək.

Bu zaman yalnız Kiyev şəhərinin Hərbi Komendantının yeni tipli xüsusi buraxılışa malik olanlar şəhər ətrafında hərəkət edə bilər.

Əvvəllər verilmiş buraxılışlar ləğv edilir.

Biletlər yalnız nəqliyyat üçün verilir. Komendant saatı zamanı piyada gəzmək qəti qadağandır!

Komendant saatı zamanı xüsusi buraxılış olmadan küçədə olacaq mülki şəxslər təxribat-kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar.

Komendant saatı zamanı hava hücumu xəbərdarlığı olduqda ən yaxın sığınacağa getmək üçün evləri tərk edə bilərsiniz”, – deyə qeyd olunub.

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv