!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirlikdən saxta yollarla Azərbaycana keçmək istəyənlərə XƏBƏRDARLIQ

!Reklam – Yazi

Azərbaycanın Gürcüstandakı Səfirliyi Azərbaycan vətəndaşlarına və Gürcüstandakı soydaşlarımıza müraciət edib.

Yenicag.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli vətəndaşlar və soydaşlar,

Məlum olduğu kimi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanla Gürcüstan arasında 2020-ci ilin mart ayının 14-dən etibarən qarşılıqlı razılaşmaya əsasən sərhədlər müvəqqəti olaraq bağlanıb.

2020-ci ilin mart ayından etibarən Səfirliyin vasitəsilə minlərlə vətəndaş və soydaşımızın Gürcüstandan Azərbaycana təxliyəsi həyata keçirilib.

Qeyd edilməlidir ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq Qərarına uyğun olaraq, hazırda hava yolu ilə Azərbaycan vətəndaşları ilə yanaşı, Gürcüstan vətəndaşları da aşağıda qeyd olunan hallarda Azərbaycana səfər edə bilər:

– valideynlərindən biri, qardaşı, bacısı, həyat yoldaşı, övladı, babası, nənəsi və ya nəvələri Azərbaycan vətəndaşı olan əcnəbilər;

– o cümlədən, belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları);

– Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər, həmçinin sözügedən sərnişinlərin ailə üzvləri (valideynləri, əri, arvadı və ya 18 yaşınadək uşaqlar).

Səfirlik vətəndaşlara və soydaşlara müraciət edir!

Səfirliyə daxil olan məlumatlara əsasən, son vaxtlar Kvemo Kartli regionunda fəaliyyət göstərən bir sıra işbazlar tərəfindən soydaşlarımızdan (Gürcüstan vətəndaşlarından) qeyri-qanuni olaraq müxtəlif məbləğlərdə vəsait mənimsəməklə və xüsusən də sənədlərin saxtalaşdırılması yolu ilə Azərbaycana getmələrinin təmin olunacağı vəd olunur.

Bununla əlaqədar olaraq, Azərbaycana getmək üçün və ya Səfirlikdə həyata keçirilən hər hansı bir xidməti fəaliyyətlə bağlı vətəndaşlarımızdan və ya soydaşlarımızdan maliyyə vəsaiti (pul) tələb olunubsa, xahiş olunur, Səfirliyə dərhal məlumat verəsiniz.

Diqqətinizə çatdırılır ki, vətəndaşlarımızın və Gürcüstandakı soydaşlarımızın rifahı üçün çalışan Səfirliyin fəaliyyətinə ləkə salmağa çalışan şəxslərlə bağlı Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat veriləcək və onlar ölkə qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar!

Səfirliyin əlaqə nömrələri:

+995-32-224-30-04 – (şəhər nömrəsi).

+995-577-00-00-38 –  (24 saat fəaliyyət göstərən mobil “Qaynar Xətt” nömrəsi).

Elektron poçt ünvanı: [email protected]”.

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv