!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirliyə KƏRPİC ATILDI: Çin və Yaponiya arasında münasibətlər GƏRGİNLƏŞDİ

!Reklam – Yazi

Yaponiyanın Pekindəki səfirliyinə kərpic atılıb və bu da iki ölkə arasında gərginliyə səbəb olub.

Yenicag.az xəbər verir ki, Çin tərəfinin etirazına baxmayaraq Fukusima AES-inin tullantı sularını Sakit Okeana atması Yaponiya ilə münasibətləri gərginləşdirib.

Yaponiya Pekindəki səfirliyinə kərpic atıldığını və Fukusima Atom Elektrik Stansiyasının çirkab sularını Sakit Okeana atmağa başlamasından bəri Çindəki vətəndaşlarının təqiblərlə üzləşdiyini iddia edib.
Yaponiya zibil tullantıları ilə bağlı tənqidçiləri sakitləşdirməyə və Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarəti orqanı olan MAQATE ilə prosesin beynəlxalq standartlara uyğun olduğunu deməyə çalışsa da, Pekin arqumentlərə inanmaq istəmir.
Baş verən proseslər fonunda Yaponiyanın XİN rəhbəri Pekindəki səfirliklərinə kərpic atılması ilə bağlı xəbərləri təsdiqləyib. Və Pekini yaranmış gərgin vəziyyəti sakitləşdirmək üçün addımlar atmağa çağırıb.
Çin XİN sözçüsü isə brifinqdə yaponlara təcavüz iddiaları ilə bağlı suallara cavab olaraq məsələdən xəbərsiz olduğunu bildirib.

İki ölkə arasında yaranmış gərgin vəziyyətin kökündə Yaponiyanın Fukusima atom elektrik stansiyasından təmizlənmiş və seyrəldilmiş tullantı sularını Sakit okeana axıtması ilə başlayıb. Reaktorların soyudulması üçün istifadə edilən su nəhəng çənlərdə saxlanılır. Təhlükəsiz səviyyəyə endirilmiş hidrogen izotopu olan tritium istisna olmaqla, bütün radioaktiv elementlər sudan süzülüb. Su okeana axıdıldıqdan sonra ekoloji monitorinq keçirilərək dəniz suyunun və balıq nümunələrinin təhlükəsizliyi ilə bağlı araşdırma aparılıb. Stansiyadan həmin suyun axıdılmasının 30-40 il çəkəcəyi gözlənilir. Əlavə olaraq ekspertlər Çin də daxil olmaqla, istənilən nüvə elektrik stansiyalarının normal istismarı zamanı tritium buraxdığını bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

206
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv