!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səfirliyimizə terror hücumunun “LOKAL” CƏZASI: “İran höküməti bunu etmək istəmirsə, deməli...”

!Reklam – Yazi

“İran tərəfi səfirliyimizə edilmiş hücumla əlaqədar ortaya əsaslı dəlillər qoyaraq Azərbaycan hakimiyyətini inandıra bilsə, münasibətlər sabit qalacaq”.

Bu fikirləri 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş terror hücumunu həyata keçirən Yasin Hüseynzadənin edam ediləcəyinə dair xəbərlərə münasibət bildirən politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün hallarda səfirliyimizə edilən xain hücumun təşkilatçıları üzə çıxarılmalı və cəzalandırılmalıdır:

“Azərbaycanın Tehrandakı səfirliyinə təşkil olunan terror hücumuna aid videogörüntülər belə söyləməyə tam əsas verir ki, bu, kifayət qədər yüksək səviyyədə planlanmış aksiyadır və onun hazırlanmasında, həyata keçirilməsində İranın hakimiyyət orqanları yaxından iştirak edib. O baxımdan, bu qanlı olayı bir nəfərin adına bağlamaq, bütün məsuliyyəti onun üzərinə qoymaq məsələnin mahiyyətini təhrif etməkdir.

Bütün hallarda səfirliyimizə edilən xain hücumun təşkilatçıları üzə çıxarılmalı və cəzalandırılmalıdır. Əgər İran höküməti bunu etmək istəmirsə, deməli, kifayət qədər yüksək vəzifəli şəxslərin həmin hücumun təşkilində əli var və rəsmi Tehran onları nəyin bahasına olursa-olsun, məsuliyyətdən kənarda saxlamaq istəyir.

Mən düşünurəm ki, Azərbaycan da, İran da münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. Ancaq təbii ki İran tərəfi səfirliyimizə edilmiş hücumla əlaqədar ortaya əsaslı dəlillər qoyaraq Azərbaycan hakimiyyətini inandıra bilsə, münasibətlər sabit qalacaq.

Bununla belə, onu da nəzərə almaq lazımdır ki, İranla Azərbaycan arasında həlli mümkünsüz görünən xeyli problem var. Ona görə də, indiki şəraitdə münasibətlərin normallaşması müvəqqəti xarakter daşıya bilər. Çünki İran fars şovinizminə əsaslnanan siyasətindən imtina etmək fikrində deyil və bu ölkənin rəsmilərinin antiAzərbaycan məzmunlu bəyanatlarının ardı-arası kəsilmir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv