!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhərin mərkəzində AVTOXULİQANLIQ: Paytaxtda "at oynadan" "avtoş"lar  - VİDEO

!Reklam – Yazi

Paytaxtın Neftçilər prospektində avtoxuliqanlıq edən sürücülər yolda qəza şəraiti yaradıblar.

Yenicag.az-a daxil olan videoda aydın şəkildə “Volkswagen” markalı 99 EU 434 dövlət qeydiyyat nişanlı avtomobillə “Kia” markalı 77 GN 897 dövlət qeydiyyat nişanlı avtomobilin yarışdığı görülür.

Şəhərin mərkəzi hissəsində və hərəkətin gur olduğu yolda avtoxuliqanlıq edən şəxsin təhlükəli manevrlər etməsi və qaydaları pozması öz əksini tapıb.

Həmin görüntüləri təqdim edirik:

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsindən Yenicag.az- a bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır:  “Nəticəsi barədə məlumat veriləcək”.

www.yenicag.az

1564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv