!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhərin mərkəzində yeni il “yolka”sı kimi bəzədilən “BMW” CƏRİMƏLƏNDİ

!Reklam – Yazi

Paytaxtda “yeni il” yolkası kimi bəzədilən avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Yenicag.az-ın məlumatına görə, 99-LP-949 dövlət nömrə nişanlı “BMW” markalı maşının sürücüsü nəqliyyat vasitəsinin üzərinə işıq cihazları quraşdırıb. Lakin avtomobilinə konstruksiya dəyişikliyi edən sürücü yol polisindən yayına bilməyib. Belə ki, o, DYP əməkdaşları tərəfindən Gənclik ərazisində saxlanılaraq məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, avtomobilə əlavə işıq cihazlarının quraşdırılması qəzalara gətirib çıxarır. Bu, digər hərəkət iştirakçılarının fikrini yayındırmaqla yanaşı avtomobildə qısaqanmaya və yanğına səbəb ola bilər.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.2 maddəsinə əsasən, avtomobilə qanunsuz işıq cihazlarının quraşdırılmasına görə 150 manat məbləğində cərimə nəzərdə tutulub./Avtosfer.az/

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv