!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhərlər erkən oyanmaq üçün istifadə edilməlilər: Qəhvəni nə ilə əvəzləməli? -  ARAŞDIRMA

!Reklam – Yazi

Səhərlər erkən oyanmaq, işə və ya dərsə hazırlaşmaq, yuxunu tam ala bilməmək bir çox şəxsi incidən məsələlərdən biridir. Bir çox insan ayılmaq üçün qəhvə içir. Amma hər gün kofein qəbul etmək sağlamlığa zərər verə bilər.

Bəs qəhvədən başqa hansı məhsullardan istifadə etmək olar? Hansı qida növləri insanın gün boyu enerjisini artırmağa kömək edir?

Yenicag.az tərkibində kofein olmayan, bədəni hərəkətə gətirən və oyadan qidaların siyahısını təqdim edir:

Acı və tamamilə şəkərsiz olan “bitter şokolad”ların tərkibindəki kakao həm daha yaxşı fokuslanmağa, həm də ayılmağa kömək edir. Eyni zamanda pəhrizdə olanlar üçün də ideal seçimdir.

Demək olar ki, hər səhər yeməyi süfrəsində yumurta olur. Yumurtanın tərkibində olan proteindən başqa bədənə enerji ötürən B vitamini də var.

Hər evdə olan, əsasən də pəhriz menyularında yer alan almanın bilmədiyimiz xeyirləri çoxdur. Alma həm bədəndəki toksik maddələri təmizləməyə kömək edir, həm də beynin işləmə gücünü artırır. Bundan əlavə, güclü idman rejimində olarkən alma yemək dayanıqlılığı artırır.

İnsan yatarkən ən azı 6-7 saat susuz qalır və bu da yorğun şəkildə oyanmağa səbəb olur. Buna görə də səhərlər yuxudan qalxarkən mütləq su içilməlidir. Bu həm ayılmağa, həm də günə enerjili başlamağa kömək edir.

Karbohidrat, kalium və B6 vitaminləri ilə zəngin olan banan da səhərlər tükədilməli olan qidalardan biridir. Bildiyimiz kimi, idmanla məşğul olan şəxslərin çoxu da öz menyularında mütləq banana yer verir. Çünki bu meyvə bədən enerjisini artırır və yorulma prosesini gecikdirir.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv