!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səhhəti ağırlaşan Əməkdar artistin SON DURUMU - “Onu elə vəziyyətdə görmək..."

!Reklam – Yazi

Əməkdar artist, Seyid Şuşinskinin tələbəsi musiqi aləmində Dədə Süleyman kimi məşhurlaşan Süleyman Abdullayevin səhhəti ağırlaşıb.

Bunu uzun illər sənətkarla yaxından dostluq edən yazıçı Seyran Səxavət Yenicag.az-a açıqlamasında deyib.

O, xanəndənin sağlıq durumunun kritik olduğunu bildirib:

“Dədənin vəziyyəti son dərəcə ağırdır. Qızının dediyinə görə orqanları işləmir, ayağı da qanqrena olub. Onu gedib o vəziyətdə görə bilmərəm, çünki mənim üçün ağırdır. İllərlə tanıdığım, dostluq etdiyim bir insanı, sənətkarı elə ağır vəziyyətdə görmək çox çətindir. Əlimizdən ancaq dua etmək gəlir. Allah kömək olsun”.

Qeyd edək ki, xanəndə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ürəyində və qaraciyərində də ciddi problemlər var, böyrəklərindən biri işləmir. Bir müddət əvvəl sənətkarın ayaq barmaqları amputasiya olunub. Bir müddət əvvəl ayağının bir barmağı kəsilmişdi. Digər barmağı qanqren olduğuna görə həkimlər onu da kəsməyə məcbur oldular.

Cəvahir

www.yenicag.az

522
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv