!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səhhəti ağırlaşan Əməkdar artistin xanımı mədəniyyət nazirindən KÖMƏK İSTƏDİ

!Reklam – Yazi

Xərçəng xəstəliyindən əziyyət çəkən və bir neçə həftə öncə ağır əməliyyat keçirən əməkdar artist Novruz Qartalın səhhəti yenidən pisləşib.

Bunu Yenicag.az-a açıqlamasında aktyorun həyat yoldaşı Zərqələm Əliyeva bildirib.

O, sənətçinin köməyə ehtiyacı olduğunu deyib:

“Novruzun vəziyyəti çox pisdir. Dünəndən halı daha da ağırlaşıb. Əlimizdən heç nə gəlmir. Bu adam illərlə sənətdə can qoydu, indi onu heç yada salan da yoxdur. Həkim də çağırmırıq, imkan yoxdur. Daha hər yerdən ümidimiz üzülüb. Mədəniyyət Nazirliyi bir dəfə də olsun bu adamla maraqlanmayıb. Axı Novruz Qartal Əməkdar artistdir, ömrünü sənətə verib. Belə biganəlik olar? Kirayədə qalır, ev verilmir, bunu qoyduq qırağa, bəs maraqlanmaq, diqqət göstərmək? Bunu da etmirlər”

Cəvahir

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv