!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səhhəti ağırlaşan Xalq artisti KÖMƏK İSTƏDİ: ”Ümidim sizədir, elə bil dünya uçub altında qalmışam”

!Reklam – Yazi

“Almaniyada əməliyyat olunmalıyam. Bunun üçün 150.000 dollar (254 min manat) lazımdır…”

Yenicag.az xəbər verir ki, bunu uzun müddətdir xəstəlikdən əziyyət çəkən Xalq artisti Könül Xasıyeva xalqa müraciətində deyib.

Boğazında şiş aşkarlanan sənətçi bildirib ki, təcili əməliyyat olunmalıdır, lakin buna maddi imkanı çatmır:

“22 il, hər gecə ölümlə çarpışdım, səhər yenə qalxmağa, dik durmağa çalışdım. Tək bir səbəbim vardı, yeganə övladım Kazımın toyunu görmək! Amma boğazımda yaranan bədxassəli şiş bütün ümidlərimi qırdı. Elə bilirəm, dünya uçub altında qalmışam. Amma bir ümid var ki, hələ metastaz verməyib. Vaxtında əməliyyat olunsam, yaşama şansım var. Almaniyada olacaq əməliyyat üçün 150.000 dollar (254 min manat) lazımdır. Ümidim sizədir, məni dualarında yaşadan əziz xalqımız! Vəsait yığılıb əməliyyat olunsam, sağ-salamat qayıtsam, Allahın izni ilə 2 gün Heydər Əliyev sarayında və daha sonra bölgələrimizdə pulsuz, açıq konsertlər verəcəm”.

Cəvahir

www.yenicag.az

403
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv