!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhid ailələri və müharibə əlilləri üçün 500 fərdi ev tikilir

Reklam: High Technic

Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işləri bu il daha da genişlənəcək. Eyni zamanda, bu işlər çərçivəsində Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar üçün 500 fərdi ev də inşa etdirilir. 

Bu barədə Yenicag.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

2022-ci ildə həmin evlər, həmçinin yaxın vaxtlarda Şəmkirdə Uşaq Bərpa Mərkəzi, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək.

Bu barədə sosial müdafiə və reabilitasiya əhəmiyyətli obyektlərin tikintisi və təmiri işlərinin, bu sahədə qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Nazirlikdə keçirilən iclasda bildirilib.

Qeyd edilib ki, hazırda respublikanın bir sıra bölgələrində (Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı və s.) də DOST Mərkəzlərinin açılmasına hazırlıq işləri aparılır.

Eyni zamanda, Masallı rayonunda Uşaq Reabilitasiya Mərkəzinin açılması planlaşdırılır.

Habelə, Lənkəran və Xaçmaz rayonlarında sağlamlıq imkanları məhdud uşaqlar üçün sanator kurort tipli reabilitasiya müəssisələri açılacaq.

İclasda təmir-tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun, vaxtında və keyfiyyətli aparılması sahəsində görülən işlər də müzakirə olunub.

www.yenicag.az

132
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100