!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Anar Novruzov dəfn olundu

!Reklam – Yazi

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun tabutu doğulduğu Masallı rayonuna gətirilib.

Yenicag.az xəbər verir ki, şəhidimiz doğulduğu Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Şəhidin cənazəsini qarşılamaq üçün çoxlu sayda rayon sakinləri yollara çıxaraq ehtiramlarını bildiriblər. Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi və yerli sakinlər iştirak ediblər. Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu maskalar paylanıb.

Qeyd edək ki, şəhid A.Novruzov ailəli olub, iki övladı var.

www.yenicag.az

1063
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv