!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid anası: “Oğlumun cənazəsinə baxanda gördüm ki...” - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti çəkilişi Mirbala Rəsulova həsr olunub.

Çəkiliş şəhidin ailəsinin yaşadığı Şabranın Rəhimli kəndində baş tutub.

Atası Əmrağa Rəsulov və anası Xədicə Rəsulov şəhid övladları ilə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunda anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirbala Rəsulov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub.

Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mirbala Rəsulov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

1003
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv