!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid anasından ÜRƏKPARÇALAYAN SÖZLƏR: “Qışqırdı ki, tabuta baxma” - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti Seyfəddin Balağayevə həsr olunub.

Çəkiliş şəhidin doğulduğu Şabran şəhərindəki evində baş tutub.

Anası şəhid oğlu barədə xatirələrini bölüşüb.

Qeyd edək ki, Seyfəddin Balağayev 1998-ci il, martın 6-da Şabran rayonunda anadan olub. 2004-cü ildən 2015-ci ilə qədər Şabran şəhərində orta təhsil alıb. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul olub.
2020-ci ilin sentyabr ayının axırlarında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Sentyabrın 27-də Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.

Seyfəddin oktyabrın 7-də 22 yaşında Füzuli rayonu ərazisində şəhid olub. Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

“Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

964
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv