!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid atası: “İstəmirəm, onları göz yaşı ilə xatırlayaq” – VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı Şabranda baş tutub.

Çəkiliş Şabran igidlərinə həsr olunmuş “Zəfər marşı”nın təqdimat mərasiminə həsr olunub.

Musiqisi Məmmədşah Həkimova, sözləri Təvəkkül Kərimova məxsus marş müğənni Eldar Mustafayevin ifasında təqdim olunub.

Marşda 44 günlük Qarabağ müharibəsində şücaət göstərib, qəhrəmancasına canını fəda edən igidlərə vəsf olunub.

Yaradıcı heyətin iştirakı ilə keçirilən təqdimat mərasiminə şəhid ailələri də qatılıb. Yaradıcı heyət öz təəssüratlarını bölüşüb. Şəhidlər qürur hissi ilə anılıb. Sonda marşın diskləri şəhid ailələrinə təqdim olunub.

Çəkiliş heyəti Böyük Vətən Müharibəsi qəhrəmanı, igidliyinə görə III dərəcəli “Şöhrət” ordeni ilə təltif olunmuş cəsur döyüşçü Fətulla Həmidovun ev muzeyində də olub.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

948
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv