!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid atası: “Yalvardım ki, oğlumu mənə göstərin” - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı Əlikram Şahbazlıya həsr olunub.

Çəkiliş şəhidin doğulduğu Şabran şəhər Borbor kəndində baş tutub.

Atası Novruz Şahbazlı və bibisi Maral Məmmədova şəhid Əlikramla bağlı xatirələrini bölüşüb.

Əlikram Şahbazlı 1 oktyabr 2001-ci ildə Şabran rayonunun Borbor kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olsa da, təhsilini yarımçıq saxlayaraq 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Əlikram 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Əlikram Şahbazlı ölümündən sonra “Vətən uğrunda”,”Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

872
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv