!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şəhid bacısı FƏRYAD ETDİ: “Səsimə səs verin” - VİDEOMÜSAHİBƏ

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Birinci Qarabağ müharibəsində böyük şücaət göstərərək şəhidlik zirvəsinə ucalan, Azərbaycanın ilk hərbi pilotlarından biri Feyruz Xanbala oğlu Cəlilova həsr olunub.

Yenicag.az-ın çəkilişi şəhidin doğulub boya-başa çatdığı Siyəzən rayonu Məşrif kəndində baş tutub.

Bacısı Adilə Mustafayeva, qardaşı Canbala Cəlilov və qardaşı qızı Qərənfil Qasımova şəhidlə bağlı xatirələrini dilə gətirib, keçdiyi döyüş yolundan bəhs ediblər.

Qeyd edək ki, Feyruz Cəlilov 1957-ci il mayın 30-da anadan olub. Orta məktəbi bitirdikdən sonra Ukraynada Kremençuq Mülki Aviasiya Təyyarəçilik məktəbində təhsil almağa başlayıb. 1981-ci ildə həmin məktəbi bitirdikdən sonra Zabrat aviamüəssisəsində əmək fəaliyyətinə başlayıb. 1986-cı ildə istehsalatdan ayrılmadan Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil olub və 1992-ci ildə təhsilini başa vurub.

Qarabağ müharibəsinin ən qızğın vaxtında kapitan Feyruz Cəlilov könüllü olaraq əməliyyatlara qoşulub. Həmin illərdə Azərbaycan hərbi aviasiyasının şəxsi heyəti mülki aviasiyanın pilotları hesabına formalaşırdı. F.Cəlilov Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərib. 1993-cü il avqustun 30-da onun idarə etdiyi helikopter Qubadlı səmasında ermənilər tərəfindən vurulması uçuş heyətinin həlak olması ilə nəticələnib.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Feyruz Cəlilov ölümündən sonra Prezidentin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Daha ətraflı videonu təqdim edirik:

Cəvahir
Cavid

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv