!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid hərbi qulluqçu bu gün dəfn ediləcək

!Reklam – Yazi

İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün dəfn ediləcək.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, düşmən atəşinin qarşısı alınarkən şəhid olan Cəlilabadın Eçara kənd sakini, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn ediləcək.

Qeyd edək ki, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu H. Əkbərli Hüseyn şəhid olub.

Yenicag.Az

www.yenicag.az

1024
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv